Liviyada gündəlik neft hasilatı iyunda 16 faiz, 1,16 milyon barelədək azalıb.
Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, buna səbəb elektirki enerjisinin çatdırılmasında yaranmış gecikmələr və etiraz aksiyalarıdır.
Neft zasilatı həcminin azalması bir sıra iri neft-qaz şirkətlərinin, o cümlədən başqa dövlətlərlə müqayisədə Liviyadan daha çox «qara qızıl» çıxaran İtaliyanın «Eni SpA» müəssisəinin də işlərinə mənfi təsir göstərib.
Son illərdə etiraz nümayişləri nəticəsində Tobruk və Zuetin neft terminalının azı dörd dəfə bağlanması «Eni»-nin Avropa bir həftə ərzində «qara qızıl» tədarükünü dayandırmasına səbəb olub.