Əsəd rejiminə qarşı sanksiya daha 3 ay uzadıldı
18 fevral 2013 23:12 (UTC +04:00)

Əsəd rejiminə qarşı sanksiya daha 3 ay uzadıldı

Avropa Birliyi Suriyaya qarşı sanksiyaları genişləndirilərək, müddəti üç ay da uzadılıb.

 

Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, bu tədbir dinc əhalinin müdafiəsinə yardım edəcək.

 

Mənbənin xatırlamasına əsasən, birlik bu sanksiyanı Britaniyanın inadına qarşı qəbul edib.Xatırladaq ki, İngiltərə və Fransa rəsmiləri Suriya müxalifətinə daha çox silah göndərilməsi təklifini irəli sürüb. AB üzvlərinin çoxu bu təklifə qarşı çıxıb.

 

Birliyə üzv ölkələrin xarici işlər nazirləri Suriyaya qarşı tətbiq edilmiş sanksiyalar zərfinin müddətinin uzadılması haqda qərar qəbul edib. Yeni yasaqda dinc əhalinin müdafiə edilməsi üçün yardımın artırılması haqda razılıq əldə olunub.

 

 

Suriyadakı münaqişənin araşdıran BMT komissiyasının hesabatına əsasən, ölkədə kütləvi surətdə insan haqları pozulur. Uşaqlar girov götürülür, adam oğurluğunun sayı artır, kütləvi edamlar gerçəkləşdirilir.

 

BMT-nin hesabatına əsasən, münaqişə başlayandan bəri, iki il ərzində iki milyona yaxın insan öz evlərini tərk edib, onların 750 mini xarici ölkələrə sığınıb.

 

# 502
avatar

Oxşar yazılar