Ermənistanda üç yüksək rütbəli hərbçi həbs olundu
03 iyun 2016 21:10 (UTC +04:00)

Ermənistanda üç yüksək rütbəli hərbçi həbs olundu

0

Ermənistanda məhkəmə mayın 30-da saxlanılan yüksək rütbəli hərbçilərə qarşı həbs-qətimkan tədbiri seçib.

 

APA-nın məlumatına görə, bu barədə Ermənistan İstintaq Komitəsinin mətbuat xidməti xəbər verib.

 

Məlumata görə, ESQ-nin sabiq silahlanma idarəsinin rəisi, general-mayor Melsik Çilingəryan, silahlı qüvvələrin maddi-texniki departamentinin şöbə rəisi, polkovnik Mqer Papyan və  polkovnik Armen Markaryan vəzifələrindən sui-istifadə etməkdə təqsirli biliniblər.

 

Bildirilir ki, adıçəkilən şəxslər vəzifələrindən sui-istifadə edərək müxtəlif malları bazar qiymətlərindən baha əldə edib, bir neçə hallarda isə tələb olunmayan mallar alıblar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 303

Oxşar yazılar