Ermənistanda seçici fəallığı 9 faiz azalıb
18 fevral 2013 22:25 (UTC +04:00)

Ermənistanda seçici fəallığı 9 faiz azalıb

Ermənistan Mərkəzi Seçki komissiyası prezident seçkisində səs vermədə iştirak etmiş seçicilər barədə məlumat açıqlayıb.

 

Lent.az-ın «Novosti Armeniya»-ya istinadən məlumatına görə, Ermənistan MKS-nın sədri Tiqran Mukuçyan bildirib ki,  seçkidə 1 518 407, yaxud 60,05 faiz seçici iştirak edib.

 

İrəvanda 445 338 (53,99 faiz), Gümrüdə 63545 (50,6 faiz) seçici səs verib.

 

Seçki məntəqələri yerli vaxtla 20:00 bağlanıb. Seçkinin nəticələri barədə ilk məlumatlar Bakı vaxtı ilə 23.00-də veriləcək.

 

Mənbənin bildirdiyinə əsasən, seçicilərin fəallığı 2012-ci ilin mayında keçirilmiş  parlament seçkiləri ilə müqayisədə 2 faiz, 2008-ci ildəki prezident seçkisi ilə müqayisədə isə 9 faiz az olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 673
avatar

Oxşar yazılar