Bu gün İrəvanda Hökumət Evinin qarşısında aksiya keçirilib.
Lent.az-ın “tert.am” saytına istinadən verdiyi məlumata görə, aksiyada dinc dövrdə ölən əsgərlərin valideynləri iştirak ediblər.
Valideynlər övladlarının ölümünün ədalətli araşdırılmasını tələb ediblər. Hökumətin təmsilçisi valideynləri qəbul edib.