Ermənistanın Tavuş vilayətində kişi arvadının boğazını kəsib.
APA-nın “Sputnik Armeniya”ya istinadən verdiyi xəbərə görə, hadisə Artsvaberd kəndində qeydə alınıb.
Məlumata əsasən, 49 yaşlı Marine Beqyanın meyiti toyuq hinində aşkarlanıb. İlkin versiyaya görə, əri qadının boğazını kəsici-deşici alətlə kəsib.
Faktla bağlı araşdırma aparılır.