Erməni qızı oğurlayan şəxs həbs edildi
22 fevral 2015 15:43 (UTC +04:00)

Erməni qızı oğurlayan şəxs həbs edildi

Gürcüstan vətəndaşı, 24 yaşlı Artur M. Gümrü şəhərində erməni qızını oğurlamaqda ittiham edilir. 
 
Musavat.com-un erməni KİV-ə istinadən verdiyi xəbərə görə, bu barədə Ermənistanın Məhkəmə Departamentindən bildirilib.
 
İttiham aktına görə, ötən il iyulun 26-da Artur başqa bir Gürcüstan vətəndaşı Qoça Qomelauri ilə sövdələşərək Gümrünün Qələbə prospektində şəhər sakini M.P-ni evlənmək məqsədilə oğurlayıblar. 
 
Artura qarşı Cinayət Məcəlləsinin 131-ci maddəsi üzrə (“Gizli və ya aşkar şəkildə aldatma, etimaddan sui-istifadə, zorakı və ya zor tətbiqi hədəsi ilə qabaqcadan sövdələşmə əsasında qrup tərəfindən həyata keçirilən adam oğurluğu”) cinayət işi açılıb. 
 
Gürcüstan vətəndaşı artıq həbs edilib. Məhkəmənin ilk iclası fevralın 24-ə təyin olunub.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 119
avatar

Oxşar yazılar