Erməni mərmisi yenidən İran ərazisinə düşdü
05 aprel 2016 06:52 (UTC +04:00)

Erməni mərmisi yenidən İran ərazisinə düşdü

Ermənistan tərəfindən atılan top mərmisi İranın Şərqi Azərbaycan əyalətinin Xudafərin kəndinə fərdi yaşayış evinə düşüb.

 

APA-nın Tehran bürosunun məlumatına görə, Şərqi Azərbaycan əyalətinin Təhlükəsizlik Şurasının katibi  Yusif Əsğəri  bildirib ki, bununla bağlı  Ermənistana  sərt xəbərdarlıq olunub.

 

Y. Əsğərinin sözlərinə görə,  Şərqi Azərbaycan əyalətinin  Təhlükəsizlik Şurası tərəfindən bütün lazımi tədbirləri görülüb, İranın xarici işlər nazirliyi  məsələni erməni tərəfi ilə müzakirə edəcək.

 

Son günlər ərzində artıq ikinci dəfədir ki,  Ermənistandan atılan mərmi İran ərazisinə düşür. Mərmilərin Ermənistan tərəfindən atıldığı sübut olunub. İnsident nəticəsində zərərçəkən olmayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 313
avatar

Oxşar yazılar