Martın 31-də Vaşinqtonda ABŞ-ın vitse-prezidenti Cozef Bayden və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında görüş keçiriləcək. APA-nın “TASS”-a istinadən verdiyi xəbərə görə, bu barədə Baydenin mətbuat xidməti məlumat yayıb.
Türkiyə prezidentinin nümayəndələrinin məlumatına görə, Ərdoğan nüvə təhlükəsizliyi sammitində iştirak etmək üçün bu gün ABŞ-a yola düşəcək. Məlumata görə, səfər aprelin 2-dək davam edəcək. “İkitərəfli görüşlərdə nüvə təhlükəsizliyi ilə bağlı məsələlərlə yanaşı Paris, İstanbul, Ankara və Brüsseldə törədilmiş terror aktlarının müzakirə ediləcəyi, regional mövzular ətrafında fikir mübadiləsi keçiriləcəyi gözlənilir”, - deyə məlumatda bildirilir.
Qeyd edək ki, nüvə təhlükəsizliyi sammiti martın 31-dən aprelin 1-dək davam edəcək.