<b></b><b>Ərdoğan bu gün Trampla görüşəcək</b>
16 may 2017 11:17 (UTC +04:00)

Ərdoğan bu gün Trampla görüşəcək

0

 

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Donald Trampla görüşmək üçün Vaşinqtona rəsmi səfər edib.

 

Lent.az-ın Sözcü-yə istinadən məlumatına görə, Ərdoğanın qalacağı "Blair House" otelin qarşısında təhlükəsizlik gücləndirilib.

 

Otelin önünə yığışan ABŞ-da yaşayan türkləri isə Türkiyənin ABŞ-dakı səfiri Serdar Kılıç qarşılayıb. O prezidentin 14 saatlıq yol gəldiyini vurğulayaraq çox yorğun olduğunu və dincəldiyini deyib.

 

Qeyd edək ki, Türkiyə və ABŞ dövlət başçılarının görüşü bu gün yerli vaxtla  19:40-da gerçəkləşəcək.

 

İlk müzakirə məsələsi isə FETÖ lideri Fətullah Gülənin Türkiyəyə geri qaytarılması və Vaşinqtonun PKK-nın Suriya qolunu silahla təchiz etməsi olacaq.

 

Görüşdə ABŞ-da həbsdə olan iran əsilli azərbaycanlı iş adamı Rza Zərrab məsələsinin də müzakirəsi ehtimal edilir.

                                  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 348

Oxşar yazılar