Ərdoğan qadınlar bayramında ağladı
08 mart 2016 06:50 (UTC +04:00)

Ərdoğan qadınlar bayramında ağladı

8 Mart qadınlar bayramı münasibəti ilə düzənlənən toplantıda Xədicə Güngörün oxuduğu məktub Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı kövrəldərək göz yaşlarına qərq edib.

 

Lent.az-ın “modern.az”-a istinadən məlumatına görə, Xədicə Güngör məktubunda bildirib: “Hömətli prezident, sizi çox sevir və çox dəyər veririk. Məktubumdakı duamı bir daha təkrar etmək istəyirəm. Allahım, prezidentmizə xeyirli və uzun ömür ver. Xidmətlərinin tamamlanmasını nəsib et. Çünki ölkəmizin, insanların və İslam aləminin ona ehtiyacı var. Əgər buna ömür vəfa etməyəcəksə və mənim ömrüm var isə, Rəbbim, lütfən mənim ömrümü ona ver. Ömrüm sizə ananızın südü kimi halal olsun.   Mənim iki övladım var, onlara  hər kəs analıq yapa bilər. Ancaq heç də hər kəs yurduma, İslam aləminə, insanlığa xidmət edə bilməz. Çox şükür ki, xəyalım geçək oldu. Allahıma şükürlər olsun ki, məktubumu Rəbbimiz sizə oxumağı nəsib etdi.” 

 

Bu sözlərdən kövrələn Ərdoğan göz yaşlarını saxlaya bilməyib.  

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 299
avatar

Oxşar yazılar