Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan ABŞ-a səfərə gedib. Lent.az “Doğan” xəbər agentliyinə istinadən xəbər verir ki, R.T.Ərdoğan Vaşinqtonda keçiriləcək Beynəlxalq Nüvə Sammitində iştirak edəcək.
Türkiyə prezidenti ABŞ-a yola düşməzdən əvvəl İstanbulun Atatürk hava limanında jurnalistlərə açıqlamalar verib və gündəmə aid sualları cavablandırıb.