«Suriyaya istənilən hərbi müdaxilənın başlıca hədəfi Bəşar Əsədin hakimiyyətdən getməsinə xidmət etməlidir».
Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, bu bəyanatla Türkiyənin baş naziri Rəcəb Taib Ərdoğan çıxış edib.
Onun sözlərinə əsasən, 24 saatlıq əməliyyat yetərli deyil. «Axan qanı durdurub, Suriyadakı hakimiyyətin təslim olması üçün zəifləməsi vacibdir»-deyə, o, vurğulayıb.