Son sutka ərzində Əfqanıstan ordusunun həyata keçirdiyi antiterror əməliyyatı nəticəsində azı 25 silahlı məhv edilib.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, əməliyyat zamanı Əfqanıstan ordusunun 7 əsgəri həlak olub.
Məlumata əsasən, əməliyyat ölkənin Qilmənd, Uruzqan, Kunduz, Baqlan və Parvan əyalətlərində keçirilib.
Son bir neçə ay ərzində Əfqanıstanda vəziyyət gərginləşib. Əyalətlərdə bir sıra əraziləri ələ keçirən “Taliban” hərəkatının silahlıları iri şəhərlərə üz tutublar.