Dünyanın ən qəliz dilində danışanlar Azərbaycanla sərhəddə yaşayır
13 mart 2013 11:31 (UTC +04:00)

Dünyanın ən qəliz dilində danışanlar Azərbaycanla sərhəddə yaşayır

Dağıstanın cənubunda yaşayan tabasaranların dili dünyanın ən mürəkkəb dili kimi “Ginnesin Rekordlar Kitabı”na düşüb.

 

Lent.az-ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, tabasaran dili Çin, eskimos və Amerikanın şimalında yaşayan iki hindu xalqının dili ilə bərabər dünyanın ən mürəkkəb dillərindən sayılıb.

 

Tabasaran dilinin mürəkkəbliyini bu dildə ismin 48 halının olduğu da təsdiqləyir. Bu hallardan 40-ı yerli haldır. Şəxsə və kəmiyyətə görə dəyişən fel isə mürəkkəb qrammatik sistemə malikdir. Bu dildə 12 dialektdə danışırlar.

Xatırladaq ki, Dağıstanın Tabasaran rayonunda azərbaycanlılar yaşayan 16 kənd var.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3361
avatar

Oxşar yazılar