Dünya ulduzu Merilin Monronun libası hərraca çıxarılır.
Axşam.az xarici mətbuata isitnadən xəbər verir ki, seks-simvolun libası dünyanın ən böyük xüsusi kolleksiyasında nümayiş olunur. Lotun qiyməti 3 milyon dollar təşkil edir. Kolleksiyaya Merilin Monronun “Yalnız qızlar üçün caz”, “Avtobus dayanacağı” və “Şou-biznes kimi biznes yoxdur” filmlərində geyindiyi paltarları da daxildir.
Hərrac Los-Ancelesdə “Julien’s Auctions”da keçiriləcək.