ABŞ prezidenti Donald Tramp və Çinin sədri Si Tszinpin apasında telefon danışığı olub. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, söhbət zamanı KXDR ətrafındakı vəziyyət və ABŞ-Çin ikitərəfli ticari-iqtisadi əlaqələr müzakirə edilib.
“Lider qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər. O cümlədən, Koreya yarımadasındakı son hadisələr və Si Tszinpinin KXDR lideri Kim Çen Inla bugünkü görüşü müzakirə edilib. ABŞ və Çin rəhbərləri Pxenyanın nüvə və raket proqramlarına son qoyulanadək Şimali Koreyaya qarşı sanksiyaların qüvvədə qalmasının vacibliyini vurğulayıblar dəstəkləyiblər”, - deyə məlumatda bildirilir.