“Xüsusi situasiyalar olmasa, MDB ölkələri ilə viza rejimi tətbiq etməyəcəyik”. Lent.az-ın məlumatına görə, bunu Rusiyanın baş naziri Dmitri Medvedev bugünkü mətbuat konfransında deyib.
O bildirib ki, sərhədi keçmələr yalnız xarici pasportlarla olmalıdır: “Biz müxtəlif ölkələrik, burada heç bir diskriminasiya yoxdur”.
Medvedevin sözlərinə görə, əcnəbilər Rusiya ərazisində qanuni işləməlidirlər: “İndi yalnız vicdansız insan Rusiyanın əlavə əmək resursları olmadan keçinə biləcəyini deyər. Əlbəttə, biz səviyyəli işçi qüvvəsinin cəlb olunmasında maraqlıyıq. Amma bizə həm də tikib-quranlar lazımdır. Bizdə işsizlik azdır, amma artmır. Çünki bizim insanlar bəzi işləri görməyə hazır deyillər və ya istəmirlər. Buna görə də o işlərdə gəlmələr işləyirlər. Lakin onlar da qanuni çalışmalıdırlar”.