Diyarbəkir terrorunu törədən şəxs tutuldu.
Lent.az-ın Türkiyə KİV-ə istinadən məlumatına görə, Diyarbəkirdə 7 polisin şəhid olması ilə nəticələnən terrorçu A.Ç saxlanılıb.
Bildirək ki, terror təşkilatı PKK-nın məsuliyyəti üzərinə götürdüyü hadisə ilə bağlı 9 şəxs saxlanmışdı.
Qeyd edək ki, Türkiyənin Diyarbəkir şəhərində baş vermiş terror zamanı 27 yaralı qeydə alınıb. Onlardan 13-ü polis əməkdaşıdır. 7 polis əməkdaşı isə şəhid olub.