Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu İngiltərədə yaşayan Osmanlı sülaləsinə mənsub ailənin üzvlərini Londondakı səfirliyində şam yeməyinə dəvət edib.
Lent.az-ın Habertürk-ə istinadən məlumatına görə, yemək zamanı çıxışında nazir bu görüşün tarixi olduğunu vurğulayaraq, deyib: «Uzun illər ölkədən xaricidə yaşamalarına baxmayaraq, sizlər Türkiyəyə bağlılığınızı itirməmisiniz» .
O, qeyd edib ki, Türkiyənin xarici dövlətlərdəki səfirlikləri Türkiyənin hər vətəndaşı kimi, Osmanoğulları ailəsinin də evidir və Londondakı səfirlikdə bundan sonra da oxşar tədbirlərlə onları «ağırlamaqdan məmnun olacaqlar».
Osman Səlahəddin Osmanoğlu da öz növbəsində Davudoğluna təşəkkür edərək, bu olayın onları çox həyəcanlandırdığını söyləyib:«Ailə üzvlərimiz ilk dəfədir belə qələbəliklə bir araya gəlir. Bunun üçünü sizə minnətdarıq».
O, gələcəkdə də Davudoğlu ilə bir araya gəlməyi arzu etdiklərini, Konya ilə yanaşı, Osmanoğlu ailəsi üçün özəl yer olan İstanbul və Bursada da görüşmək arzusunda olduqlarını bildirib.
Yeməkdə Sultan Əbdülməcidin nəvələri - Osman Səlahəddin, Məhəmməd Ziyaəddin və Ömər Əbdülməcid Osmanoğlu ilə yanaşı, sülaləyə mənsub 20 ailə iştirak edib.