Davudoğlu Tehrana gəlib
05 mart 2016 06:08 (UTC +04:00)

Davudoğlu Tehrana gəlib

0

Türkiyənin baş naziri Əhməd Davudoğlunun rəhbərlik etdiyi nümayəndə heyəti İranın paytaxtı Tehrana  ikigünlük səfərə gəlib. APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, nümayəndə heyətinin tərkibində iqtisadiyyat naziri, gömrük və ticarət naziri, energetika və təbii ehtiyatlar, həmçinin nəqliyyat, dənizçilik və rabitə nazirləri təmsil olunublar.   

 

Türkiyənin  baş naziri İranın birinci vitse-prezidenti Eshaq Cahangiri, XİN rəhbəri Məhəmməd Cavad Zəriflə ilə danışıqlar aparacaq və sonda İran prezidenti Həsən Ruhani tərəfindən qəbul ediləcək.  

 

Görüşdə ikitərəfli münasibətlər, regionun preoblemləri və Ankara-Tehran arasında ticari-iqtisadi əlaqələr müzakirə ediləcəyi gözlənilir. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 508

Oxşar yazılar