Davudoğlu: «Türkiyə savaşan tərəflər arasında yer almayacaq»
28 avqust 2013 20:48 (UTC +04:00)

Davudoğlu: «Türkiyə savaşan tərəflər arasında yer almayacaq»

Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Suriyaya hərbi müdaxilədən danışıb. Lent.az-ın «Habertürk»-ə istinadən məlumatına görə, Əsənboğa hava limanında məsələyə dair açıqlama verən türkiyəli diplomat deyib: «Türkiyə ərazisinə düşən hər mərmi üçün cəzalandırıcı tədbirlər görüləcək. Təhlükəsizlik Şurasının toplantısında verilən təlimat açıqdır. Suriyada və ya hər hansı yerdən gələcək təhlükəsizlik təhdidinə qarşılıq veriləcək. Kimsənin hökumətimizin silahlı qüvvələrimizə verdiyi səlahiyyət çərçivəsindən artıq  məsuliyyəti üzərinə götürəcəyindən şübhəsi olmasın. Türkiyənin təhlükəsizliyi üçün gərəkən bütün tədbirlər görülüb. İnşallah BMT Təhlükəsizlik Şurası lazım olan tədbir haqda qərar  qəbul edər. Türkiyə Cümhuriyyətinin qüdrətinə kimsənin şübhəsi olmasın».

 

Ə.Davduoğlu bütün tərəflər, o cümlədən Rusiya və İranın xarici işlər nazirləri ilə də danışdıqlarını bildirib. Nazirin sözlərinə görə, bəziləri hesab edir ki, Türkiyə savaşın içində yer alacaq: «Ancaq Türkiyə olaraq, savaşan tərəflər arasında yer almaması üçün səy göstərmişik».

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 691
avatar

Oxşar yazılar