Daha 10 məhbus Quantanamonu tərk edəcək
13 yanvar 2016 05:58 (UTC +04:00)

Daha 10 məhbus Quantanamonu tərk edəcək

ABŞ hökuməti Quantanamo hərbi həbsxanasından daha 10 məhbusun köçürülməsinə dair qərar verib. APA-nın “Fox News”a istinadən verdiyi xəbərə görə, bu barədə Pentaqon nümayəndələri bildirib.   

 

Hazırda həbsxanada 103 məhbusun saxlanıldığı bildirilir.   

 

ABŞ prezidenti Barak Obama ötən ilin dekabrında Quantanamo məhbuslarının sayının 2016-cı ilin əvvəlinə azaldılaraq 100-dən aşağı olacağını vəd etmişdi. Bundan sonra Pentaqon 17  məhbusu başqa ölkələrə ötürülməsini dəstəkləmişdi.

 

ABŞ artıq 3 məhbusu Qana Səudiyyə Ərəbistanına ötürüb.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 305
avatar

Oxşar yazılar