Dağıstanın Şamilsk rayonunda Teletel kəndinin başçısı Xalid Kebedov güllələnib. Lent.az-ın məlumatına görə, 47 yaşlı Kebedev öz evində qətlə yetirilib.
Onun meyiti saat 23:20 radələrində aşkarlanıb. “Kəndxuda” bədəninin müxtəlif yerlərindən aldığı güllə yaralarından keçinib. Hüquq-mühafizə orqanları hadisənin bütün təfərrüatlarını operativ müəyyənləşdirməyə çalışır.
Cinayətin mümkün motivlərinə dair versiyalar hələlik məlum deyil. Hadisə ilə bağlı qətl və silahların qanunsuz dövriyyəsi maddələri üzrə cinayət işi açılıb.