Qəməri təqvimi ilə Yeni il bayramını qeyd edən Çin əhalisi fevralın 10-dan 16-dək alış-verişə 85,5 mlrd. ABŞ dolları məbləğində vəsait xərcləyib.
«APA-Economics»in Çin Kommersiya Nazirliyinə istinadən verdiyi məlumata görə, əvvəlki illə müqayisədə çinlilərin xərclədiyi vəsait 14,7% artıb. Bayramda çinlilər pullarını əsasən saat, qadın çantaları, zinət əşyaları, bahalı geyim və s. kimi malların alınmasına xərcləyir.
Eyni zamanda, Çində pərakəndə ticarət dövriyyəsinin artım tempi aşağı düşüb. Halbuki, bir il bundan öncə pərakəndə əmtəə dövriyyəsinin artım tempi 16,2% təşkil edib.