Çində 70 yaşlı yapon siyasətçisi, Yaponiyanın İnadzava şəhəri administrasiyasının üzvü Takum Sakuraqi həbs edilib.
Lent.az-ın «lenta.ru»-ya istinadən məlumatına görə, Çin prokurorluğu bildirib ki, Sakuraqi və daha iki əcnəbi Çindən Yaponiyaya 3 kq-a yaxın narkotik maddə metamfetamin çıxarmağa cəhd göstərib.
Narkotik maddələr Quançjou Bayon beynəlxalq hava limanında siyasətçinin çamadanından aşkarlanıb.
Sakuraqinin suçu təsdiqlənərsə, onu edamadək cəza gözləyir. Mənbə xatırladıb ki, 2010-cu ildə Çində narkotik maddəyə görə artıq 4 yapon edam olunub.