Çində benzinin qiyməti 7-ci dəfə bahalaşdı
27 may 2018 16:55 (UTC +04:00)

Çində benzinin qiyməti 7-ci dəfə bahalaşdı

Dünya bazarında xam neftin qiymətinin qalxması ilə əlaqədar olaraq Çində yanacağın pərakəndə satış qiyməti bu il ərzində yeddinci dəfə artırılıb.

 

Lent.az AzərTAc-a istinadən xəbər verir ki, Çin Milli İnkişaf və İslahat Komissiyası benzinin və dizel yanacağının hər tonunun qiymətinin müvafiq olaraq 260 yuan (40,7 ABŞ dolları) və 250 yuan (39,4 dollar) artırılması barədə qərar qəbul edib. Bu, Çində cari ildə həm də ən böyük qiymət artımıdır.

 

Qeyd edək ki, Çində qüvvədə olan qiymət mexanizminə əsasən, dünya bazarında neftin qiyməti hər ton üçün 50 yuandan yuxarı həddə qalxarsa və bu qiymət 10 iş günü ərzində qüvvədə olarsa, Çin hökuməti neft məhsullarının satış qiymətini də müvafiq qaydada artırır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 351
avatar

Oxşar yazılar