Türkiyənin daxili işlər naziri Müəmmər Gülər bu ilin fevralında Suriya ilə sərhəddə baş vermiş partlayışla bağlı açıqlama verib.
Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, nazir deyib ki, Civəgöz sərhəd-keçid məntəqəsində partlayışı törədənlərdən 4-ü Suriya biri isə Türkiyə vətəndaşıdır. Onların tutulduğu söyləyən M.Gülər əlavə edib ki, onlardan iki icraçı, biri isə hücumun təşkilatçısı olub.
Onun sözlərinə əsasən, 14 nəfəri ölümü ilə nəticələnmiş həmin qanlı olayın arxasında Suriya xüsusi xidmət orqanları durur.