Çexiya İraqa 6600 avtomat göndərdi
20 mart 2016 06:47 (UTC +04:00)

Çexiya İraqa 6600 avtomat göndərdi

0

Göyərtəsində 6600 avtomat və patronlarla yüklənmiş təyyarə Çexiyanın Paribitse şəhərindən Bağdada yola düşüb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, yardım Çexiya hökuməti tərəfindən İraqa İŞİD-lə mübarizəyə yardım məqsədi ilə ayrılıb.

 

Məlumata görə, ötən il Çexiyadan İraqa 500 ton silah-sursat göndərilib.

 

Bundan başqa, mayda İraqa 30 çexiyalı avia təlimatçısı göndəriləcək. Onlar yerli pilotlara “L-159” hərbi təyyarələrinin idarə edilməsinə dair təlim keçəcəklər.

 

Qeyd edək ki, Çexiya  İraqa 15 bu tip təyyarə satıb. Onlardan ikisi artıq Balad şəhərinin aviabazasına göndərilib.    

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 382

Oxşar yazılar