Məşhur Çernobıl Atom Elektrik Stansiyasında yenə qəza baş verib. Bu dəfə 600 kvadrat metrlik bir sahəsi olan 4 saylı blokun maşın zalının damı və divarı uçub.
Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, qəza nəticəsində xəsarət alan olmayıb, eləcə də sakinlərin sağlığına təhlükə yaranmayıb.
Ehtimal olunur ki, hadisə sənaye meydanına qarın yığılması üzündən baş verib.
Qeyd edək ki, 1986-cı il aprelin 26-da Çernobıl AES-in 4-cü enerji blokunda qəza olmuşdu. Bir müddət sonra stansiyanın qəzalı bloku üzərində indi dağılmaqda olan sarkofaq tikilmişdi.