Çavesi basdırdılar
16 mart 2013 18:17 (UTC +04:00)

Çavesi basdırdılar

 

Venesuelanın bir neçə gün əvvəl dünyasını dəyişən prezidenti Uqo Çaves dəfn olunub. Lent.az-ın “Frans Press” agentliyinə istinadən verdiyi məlumatına görə, Çaves paytaxt Karakasın İnqilab Muzeyinin mərkəzi zalında basdırılıb. Onun qəbiri qara mərmərdən hazırlanıb.

 

Məlumata görə, tabut dayaz dairəvi gül formasında olan hovuza yerləşdirilib. Qəbrin ön hissəsinə Venesuelanın mərhum liderinin adı , doğulduğu və vəfat etdiyi tarix yazılıb: 1945-2013. Dövlət kanalı dəfni canlı yayımlayıb. Dəfni izləmək üçün minlərlə venesuelalı küçələrə axışıb.

Qeyd edək ki, dəfn üçün İnqilab Muzeyinin binasının seçilməsi təsadüfi olmayıb. Bu bina köhnə hərbi barak olub. Məhz bu binadan Çaves Bolivar İnqilabının başlanğıcı olan hərbi çevrilişə rəhbərlik edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1262
avatar

Oxşar yazılar