Çaves: “Qayıtdım...”
18 fevral 2013 18:36 (UTC +04:00)

Çaves: “Qayıtdım...”

Keçən ilin dekabrında Kubada xərçəngdən əməliyyat olunan Venesuela prezidenti Uqo Çavesdən xəbər var.

 

Lent.az-ın İTAR-TASS agentliyinə istinadən verdiyi məlumata görə, Uqo Çaves “Twitter” sosial şəbəkəsindəki səhifəsində Kubadan Venesuelaya qayıtdığını yazıb.

 

Venesuela prezidenti Allaha, xalqına təşəkkür edib, müalicəsini ölkəsində davam etdirəcəyini bildirib. Uqo Çaves Kuba Dövlət Şurasının sədri Raul Kastro və Kubanın əfsanəvi lideri Fidel Kastroya da təşəkkür edib. Ancaq Venesuela prezidenti hazırda səhhətinin hansı durumda olduğunu açıqlamayıb: “Dözməyə davam edir və həkimlərimə inanıram. Əbədi qələbəyə qədər! Yaşayaq və qalib gələk!”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 911
avatar

Oxşar yazılar