Brüsseldə martın 22-də törədilən terror aktları nəticəsində ölənlərin hamısının şəxsiyyəti müəyyənləşdirilib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Belçika Federal Prokurorluğunun məlumatında bildirilir.
“Qurbanların hamısı identifikasiya olunub. Onlardan 17-nin belçikalı və 15-nin isə əcnəbi olduğu müəyyənləşdirilib”, - deyə məlumatda bildirilir.