Şotlandiya Britaniyanın tərkibindən çıxarsa, o zaman krallığın bayrağında dəyişiklik edilə bilər.
Lent.az-ın «İTAR-TASS»-a istinadən məlumatına görə, 2014-cü ildə Şotlandiyada krallığın tərkibindən çıxması ilə bağlı referendumun keçiriləcək.
Bu siyasi tədbirin nəticəsindən asılı olaraq, Britaniyanı bayrağında dəyişiklik ola bilər.
Krallığın Veksilloloq İnstitutunun keçirdiyi sorğunun nəticəsinə əsasən, britaniyalıların 65 faizi hesab edib ki, Şotlandiya müstəqil olacağı təqdirdə bayraq dəyişdirilməlidir. Bundan başqa rəyi soruşunlanların 71 faizi bayraqdakı rəmzin dəyişdirilməsinə səs verib.