Britaniya gəmisi Karib hövzəsində 700 kiloqram kokain ələ keçirib.
Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, müsadirə olunan narkotik maddənin qara bazarda qiymətinin 155 milyon dollar olduğu bildirilib.
«HMS Lancaster» gəmisinin heyəti narkotik maddənin Puerto-Rikanın adası yaxınlığında sürətli katerdə aşkarlayıblar.
Qaçaqmalçılıqda şübhəli bilinən üç nəfər kokaini qayığını bortundan atmaq istəyib. Ancaq buna nail ola bilməyib.Onlar tutularaq, ABŞ-ın sahil mühazfizə xidmətinə təhvil verilib.
Ondan yenidən istifadə edilməməsi məqsədi ilə qaçaqmalıçıların qayığı isə batırılıb.