Braziliyada paytaxt Rio-de –Janeyro yaxınlığındakı dağlıq ərazidə baş verən sürüşmə nəticəsində azından 10 nəfər həlak olub.
Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumata görə, çayın daşması nəticəsində tarixi Petropolis şəhərini su basıb. Bir neçə ev uçub. İtkin düşənlərə yardım edən iki xilasedici dünyasının dəyişib.
Məlumata əsasən, 2011-ci ildə bu və daha iki şəhərdə baş vermiş torpaq sürüşməsi nəticəsində 900 nəfər həlak olmuşdu.
Təbii fəlakətin baş verməsinin qarşısının alınması üçün hakimiyyətin verdiyi vədlər indiyə kimi yerinə yetirilməyib