Rusiya prezidentinin mətbuat katibi Dmitrii Peskov bildirib ki, Boris Berezovski Vladimir Putinə Rusiyaya qayıtması və əfv edilməsi üçün müraciət edibmiş.
Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, üç nikahdan 6 övladı və o sayda da nəvəsi var.
***
22.38
Britaniyada çıxan «The Teleqraph» qəzetinin yazdığına görə, Boris Berezovskini Surreydə yaşadığı mənzilin vanna otağında ölüsünü aşkarlayıblar.
Berezoskinin yaxın dostu lord Bell deyib: «O, mənim ən yaxın dostum və yaxşı adam idi. Mənə və ətrafıma qarşı çox səmimi münasibət bəsləyirdi».
***
21.03
13 il Britaniyada mühacirətdə yaşamış sahibkar Boris Berezovski 68 yaşında vəfat edib.
Lent.az-ın «İTAR-TASS»-a istinadən məlumatına görə, bu haqda kürəkəni Yeqor Şuppe məlumat verib.
Xatırladaq ki, o, Rusiyanın tanınmış elm və iş Adamı, dövlət xadimi olub. Rusiya hakimiyyəti onu çoxsaylı ittihamlarla qiyabi məhkum edib. B.Berezovski 2003-cü ilin sentyabrından Britaniya daimi siyasi sığınacaq alıb. Platon Yelenin adı ilg Britaniya vətəndaşlığını qəbul edib.