İran Sofiyadakı səfiri Qulamrza Bagirini geri çağırmayacaq. Lent.az-ın yerli informasiya vasitələrinə istinadən məlumatına görə, bu haqda açıqlamanı Bolqarıstan Xarici İşlər Nazirliyinin təmsilçisi Vesela Çerneva bildirib.
Xatırladaq ki, Bolqarıstan hakimiyyəti Livan «Hizubbalh»ını ölkənin Burqas kurort şəhərində İsrail turistlərini aparan avtobusu partlatmaqda ittiham etmişdi.
Ölkənin daxili işlər naziri Tsevetan Tsvetanov avtobusa hücumda iki «Hizbullah»çı da iştirak etdiyini bildirmişdi.
Ölkənin Milli Təhlükəsizlik Şurasına olayla bağlı araşdırmaların nəticəsi təqdim olunduqdan sonra bu bəyanat verilmişdi.
«Hizbullah» isə olayla əlaqəsi olmadığını bildirib.
Qeyd edək ki, ötən ilin iyulunda baş vermiş partlayış nəticəsində 7 israilli turisti və yerli sürücü həlak olmuş, 30 –dan insan yaralanmışdı.