BMT Təhlükəsizlik Şurasının (TŞ) 5 daimi üzvü Suriya ilə bağlı qətnamənin qəbulunda konsensus əldə edə bilməyib
Lent.az-ın «interfaks»-a istinadən məlumatına görə, ABŞ, Britaniya, Fransa, Rusiya və Çinin təmsilçilərindən heç biri qurumun qapalı iclasından sonra məsələ ilə bağlı jurnalistlər qarşısında çıxış etməyib.
Bununla belə adının açıqlanmasını istəməyən qərbli diplomat iclasdan sonra bildirib ki, qətnamə layihəsi dəyərləndirilməsi üçün BMT Təhlükəsizlik Şurasının daimi üzvü olan dövlətlərə göndərilib.
Xatırladaq ki, Rusiya və Çinin BMT Təhlükəsizlik Şurasındakı təmsilçiləri qurumun toplantısını tərk edib.
***
20.16
BMT Təhlükəsizlik Şurası (TŞ) 5 daimi üzvünün Suriyadakı vəziyyətlə bağlı təcili qapalı yığıncağı başlayıb.
Lent.az-ın «intrefaks»-a istinadən məlumatına görə, bu haqda «Əl-Ərəbiyyə» telekanalı xəbər yayıb.
Bir müddət öncə İngiltərənin baş naziri Devid Kemeron bildirmişdi ki, Britaniya hakimiyyəti BMT TŞ-ın avqustun 28-də keçiriləcək toplantısına təqdim etmək üçün Suriya üzrə qətnamə layihəsi hazırlayıb.
Mənbənin məlumatına əsasən, həmin sənəddə «dinc suriyalıların müdafiəsi ilə bağlı görüləcək tədbirlər»in vacibliyi öz əksini tapıb.