BMT-nin müfəttişləri avqustun 31-də səhər Suriya ərazisini tərk edəcək.
Lent.az-ın «interfaks»-a istinadən məlumatına görə, bu xəbəri «CNN» telekanalı yayıb.
Bir müddət öncə İngiltərədə çıxan «Qardian» qəzeti müfəttişlərin artıq Suriyanı tərk etdiklərini və onların Livan paytaxtı Beyrutda olduqlarını yazmışdı.
Xatırladaq ki, BMT mütəxəssisləri avqustun 21-də Suriyada tətbiq edilmiş kimyəvi silahla bağlı yoxlama aparmaq üçün bu ölkəyə səfər edib.