Suriyada kimyəvi silah tətbiqini araşdıran BMT müfəttişləri avqustun 30, ən uzağı sentyabrın birində bu ölkəni tərk edə bilər.
Lent.az-ın «interfaks»-a istinadən məlumatına görə, bu haqda «əl-Ərəbiyyə» telekanalı adı açıqlanmayan mənbəyə əsaslanaraq, xəbər yayıb.
Bir müddət öncə BMT-nin baş katibi Pan Ge Mun bildirmişdi ki, müfəttişlərin Suriyadakı fəaliyyətini başa çatdırması üçün daha 4 gün lazımdır. Avqustun 28-də onlar kimyəvi silah tətbiq edilən Dəməşq yaxınlığındakı yerdə ikinci iş gününü başa vurub. Baş katibin sözlərinə görə, onlar həmin yerdən «araşdırma üçün lazım olan bütün nümunələri götürüb».