BMT ekspertləri Haaqada
01 sentyabr 2013 03:03 (UTC +04:00)

BMT ekspertləri Haaqada

Kimyəvi silah üzrə BMT ekspertləri Dəməşq yaxınlığında kimyəvi silahın istifadəsi ehtimal olunan ərazidən götürülən nümunələri laboratoriyada müayinə etmək məqsədi ilə bu gün axşam saatlarında Niderlanda gəliblər.  

 

Lent.az-ın «RİA Novosti»yə istinadən məlumatına  görə, ötən gün BMT baş katibi Pan Ge Mun Təhlükəsizlik Şurasının daimi üzvlərinə bildirib ki, nümunələrin analizi 2 həftəyədək davam edə bilər. Ekspertlərin Baş katibə gördükləri işlə bağlı hesabat verəcəkləri gözlənilir. Bundan sonra Pan Qi Mun hesabatı Təhlükəsizlik Şurasının üzvlərinə təqdim ediblər.  

 

Bundan öncə BMT baş katibinin rəsmi nümayəndəsi Martin Nesirki ekspertlərin yalnız ilkin hesabat verəcəklərini qeyd edib. Suriyada kimyəvi silahdan istifadə olunması barədə yekun rəyi Suriyada götürülən nümunələrin laboratoriya müayinəsinin nəticələri əldə olunandan sonra vermək mümkün olacaq. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 488
avatar

Oxşar yazılar