BMT baş katibi Suriyaya hərbi müdaxiləyə qarşı çıxdı
29 avqust 2013 17:01 (UTC +04:00)

BMT baş katibi Suriyaya hərbi müdaxiləyə qarşı çıxdı

BMT baş katibi Pan Gi Mun Suriyaya hərbi müdaxiləyə qarşı çıxıb.

 

Lent.az-ın İTAR-TASS agentliyinə istinadən verdiyi məlumata görə, Pan Gi Mun Avsriya baş naziri Verner Fayman ilə görüşdən sonra keçirdiyi mətbuat konfransında deyib ki, Suriyada böhran bütün tərəfləri dialoqa cəlb etməklə sülh yolu ilə həllini tapmalıdır.

 

Pan Gi Mun bildirib ki, hazırda BMT-nin kimyəvi silahlar üzrə mütəxəssis qrupu kimyəvi silahın tətbiq olunduğu bildirilən Dəməşq ətrafındakı Quta qəsəbəsində araşdırma aparır. BMT baş katibi mütəxəssislərin hazırladıqları hesabatın yaxın günlərdə ona təqdim ediləcəyini bildirib.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 444
avatar

Oxşar yazılar