ABŞ prezidenti Donald Tramp Belarus hökumətinin bir sıra üzvlərinə qarşı yürüdülən sanksiyaların müddətini uzadıb.
APA-nın xəbərinə görə, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.
Fərmanda deyilir ki, Belarus hökumətinin bəzi üzvlərinin hərəkətləri ABŞ-ın milli təhlükəsizliyini və xarici siyasətini təhdid edir. ABŞ prezidenti həmçinin sanksiyaların uzadılmasını Belarus hökumətinin bəzi təmsilçilərinin ölkədə insan hüquqlarını pozmaları ilə əsaslandırıb.
Sanksiyalar 2006-cı il iyunun 16-da ABŞ prezidenti Сorc Buş tərəfindən tətbiq edilib.
Bu sanksiyalar əsasında Belarus prezident Lukaşenko və hökumətin digər 9 nümayəndəsinin xarici banklarda hesabları və xaricdə mülkiyyət hüququ dondurulub.