Rusiyada 7 yaşlı qızını öldürüb, meyitini sobada yandıran atalıq və ana tutulub. Lent.az-ın məlumatına görə, hadisə 2013-cü ilin aprelində Kadom vilayətində baş verib. Qədim inanclara sahib ər-arvad azyaşlı qızın əllərini bağlayaraq ona uzun müddət işgəncə veriblər. Onların fikrincə, bu qayda ilə onlar uşağı ərköyünlükdən tərbiyə edirlərmiş. İşgəncələrə dözməyən uşaq günlərin birində ölüb. 35 yaşlı qadın və 40 yaşlı kişi uşağın meyitini gizlətmək üçün onu tərk edilmiş evin sobasında yandırıblar.
Uzun müddət qızın məktəbə və tibbi yoxlamalara gəlmədiyini görən sosial işçilər və qonşular narahat olmağa başlayıblar. Qızın harada olduğunu öyrənməyə çalışan polisi aldadan valideynlər onun nənəsinin yanında qaldığını deyiblər. Araşdırmalar nəticəsində məlum olub ki, uşaq deyildiyi kimi nənəsinin yanında da yoxdur. Polisdən qaçmağa çalışan ər-arvad həbs edilib.