Rusiyanın paytaxtı Moskvada azərbaycanlı və iki çeçen bukmeyker kontoruna basqın edib edib. Lent.az-ın məlumatına görə, silahlı hücum nəticəsində kontora ziyan vurulub.
Cinayətin üstü isti izlərlə açılıb. Oğrular onları ələ keçirmək istəyən polis əməkdaşlarına silahlı müqavimət göstəriblər. Lakin dəstə üzvləri zərərsizləşdiriblər. Onlardan 20 min rubl pul (təxminən 700 dolar) və travmatik tapança müsadirə olunub. Qrupun digər cinayətlərdə də iştirakı ehtimal edilir.
Qeyd edək ki, Moskvada bukmeyker kontorundan ən böyük rezonans doğuran oğurluq 1 il əvvəl baş verib. Həmin vaxt oğrular 500 min rubl aparıblar. Yarım il öncə isə şimali qafqazlılar Sankt-Peterburqdakı kontordan 150 min rubl götürüblər