Dağıstanda 2106 və ya 2017-ci ildə 6,6 maqnitudalı dağıdıcı zəlzələ proqnozlaşdırılır.
Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Yer Fizikası İnstitutunun direktor müavini Yevqeni Roqojin bildirib.
“Şərqi Qafqaz üzrə proqnoz var. Bu Dağıstanın Azərbaycanla sərhəddə olan rayonudur - burada ya bu il, ya da gələn il güclü zəlzələ baş verə bilər. Biz 6-6,5 maqnitudalı zəlzələ proqnozladırırıq, bu təxminən 7-8 bal deməkdir”, - Roqojin deyib.
O, əlavə edib ki, Rusiya FHN-i artıq məlumatlandırılıb, yerli hakimiyyətin isə zəif tikililəri gücləndirmək və zəlzələyə davamlılığı artırmaq üçün vaxtı var.