Azərbaycan diasporu Almaniya parlamentinin spikerinə bəyanat ünvanladı
19 mart 2013 16:02 (UTC +04:00)

Azərbaycan diasporu Almaniya parlamentinin spikerinə bəyanat ünvanladı

Azərbaycan Diasporunun Almaniyadakı Mərkəzi Şurası 31 Mart Azərbaycanlıların Soyqırım Günü ilə əlaqədar Almaniya Bundestaqının spikeri, professor Norbert Lammertə ünvanlanmış bəyanat qəbul edib.

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, bəyanatda 1918-ci ilin mart-aprel aylarında ermənilərin Azərbaycanın bir çox şəhərlərində törətdiyi qırğınlar, kütləvi və amansız qətllər, 700 mindən çox insanın öldürülməsi haqqında məlumat verilir, ermənilərin azərbaycanlılara qarşı bir əsrdir həyata keçirdiyi soyqırım və deportasiya siyasəti pislənilir.

Bəyanatda qeyd edilir ki, Almaniya dövləti, dünya ictimaiyyəti, beynəlxalq qurumlar Azərbaycanın haqlı tələblərini dəstəkləməli, insanlığa qarşı törədilən bu qatı cinayət genosid aktı kimi tezliklə beynəlxalq hüquqi qiymətini almalı və cinayətkarlar cəzasız qalmamalıdırlar.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 582
avatar

Oxşar yazılar