Avtomobil 90 metr hündürlükdən dənizə uçdu: sürücü öldü
25 may 2014 17:47 (UTC +04:00)

Avtomobil 90 metr hündürlükdən dənizə uçdu: sürücü öldü

Türkiyənin Muğla bölgəsində avtomobil hündürlükdən dənizə düşüb. Lent.az-ın hurriyet.com.tr-yə istinadən verdiyi məlumata görə, Fethiye şəhərinin Ölüdəniz prospektində 38 yaşlı Aydın Dalğıcın idarə etdiyi avtomobil naməlum səbəblərdən maneəni aşaraq dənizə düşüb. Təhlükəsizlik kəmərini taxmış sürücü suyun dərinliyinə enən maşından çıxa bilməyib. Dərhal hadisə yerinə xilasedicilər gəlib və qəzadan 1 saat sonra sürücü təhlükəsizlik kəməri kəsilərək sahilə çıxarılıb. 5 dəqiqə müddətində ürək masajı edilsə, süni nəfəs verilsə də, sürücünün həyatını xilas etmək mümkün olmayıb.

 

Araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1356
avatar

Oxşar yazılar