Avropada yəhudilərə qarşı növbəti cinayət: 3 nəfər öldürülüb
25 may 2014 15:45 (UTC +04:00)

Avropada yəhudilərə qarşı növbəti cinayət: 3 nəfər öldürülüb

Bu gün Belçikanın paytaxtında naməlum şəxs yəhudi muzeyinə gələrək buradakı insanları güllələyib. Lent.az-ın "Doğan" xəbər agentlliyinə istinadən verdiyi məlumata görə, Brüsselin mərkəzindəki muzeyə gələn həmin şəxsin əlində çanta olub və o, içəri daxil olan kimi odlu silahı çıxararaq qarşısına keçən hər kəsi güllələməyə başlayıb. İlkin məlumata görə, hadisə zamanı yahudi əsilli 3 nəfər ölüb, daha bir neçə nəfər isə yaralanıb. Terrorçu hadisədən dərhal sonra binanın yaxınlığındakı avtomobillə uzaqlaşıb.

 

hdisənin hansı cərəyanın üzvü tərəfindən törədilməsi hələlik məlum deyil. Əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1413
avatar

Oxşar yazılar